2015-ci ildə Ramazan ayının birinci günü iyunun 18-nə təsadüf edir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilir.
“Builki hesablamalara əsasən, Ramazan ayının 1-i miladi təqvimlə 18 iyun 2015-ci ilə təsadüf edir. Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - iyul ayının 18-nə təsadüf edir və həmin gün bayram namazı qılınacaq”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının Ramazan ayının başlanması ilə əlaqədar verdiyi fətvada deyilir.
QMİ hər kəsi Ramazan ayında Allah naminə səbrli olmağa və xeyirxah işlərə səsləyib.
F.İsazadə