“Caspian Development Bank” (CDB) “Zolotaya korona” beynəlxalq pul köçürmələri xidmətinə qoşulub. Bu barədə sistemin məlumatında deyilir.
CDB-nin müştəriləri “Zolotaya korona” sistemi vasitəsilə üç valyutada - rus rublu, ABŞ dolları və avroda pul köçürmələri həyata keçirə bilərlər. Bu ödənişləri sərfəli tariflərlə - 1%-dən başlayaraq (tranzaksiyanın məbləği və istiqamətindən asılı olaraq) həyata keçirmək mümkündür (bankın və “Zolotaya korona” ani pul köçürmələri xidmətinin saytlarında daha ətraflı məlumatla tanış olmaq olar).
“Zolotaya korona” sistemi vasitəsilə “Caspian Development Bank” ASC-də aşağıdakı istiqamətlərə pul köçürmələri həyata keçirmək mümkündür: Azərbaycan, Belarus, Böyük Britaniya, Vyetnam, Yunanınstan, Gürcüstan, İsrail, Qazaxıstan, Qırğızıstan, Çin, Latviya, Moldova, Monqolustan, Nepal, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan, Ukrayna, Çexiya.
“Caspian Development Bank” (əvvəllər “Kövsər Bank” adlanırdı) 1988-ci ildə yaradılıb. 2014-cü ilin dekabr ayında bankın səhmdarlarının tərkibində dəyişiklik baş verib və 2015-ci ilin yanvar ayında bankın adı dəyişdirilib. Bankın nizamnamə kapitalı 50,02 mln. manata bərabərdir.
A.Əzizov