“LUKOIL-Azerbaijan" QSC Bakının Dərnəgül qəsəbəsində yanacaqdoldurma məntəqəsində təmir-tikinti işlərinin aparılması üçün podratçı seçir. Bu barədə şirkətin elanında deyilir.
Tender bir lot üzrə və iki mərhələdə keçiriləcək.
Şirkətlərin tender təklifləri iyulun 6-na qədər qəbul ediləcək. Tenderin ilk mərhələsi iyulun 13-də keçiriləcək.
Qaliblə müqavilə tender keçirildikdən sonra 30 təqvim günü ərzində bağlanacaq.
Hazırda "LUKOIL-Azerbaijan" QSC-nin Azərbaycanda 30-dan çox yanacaqdoldurma məntəqəsi var. Bundan başqa, şirkət françayzinq şərtləri ilə 20-yə yaxın yanacaqdoldurma məntəqəsinin istismarını həyata keçirir.
N. Abbasova