İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə nazirlikdən məlumat verilib.
“Tərəflər ticarət, investisiyalar və enerji sahələrində mövcud əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.
A.Axundov