Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 2015-ci ilin yanvar-may aylarında 432,146 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən ödənilməsini təmin edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bundan başqa, 402,181 min manat (93,06%) əmək haqları, qalan məbləğ zərərə görə ödənc, sosial müavinət və kompensasiyaların payına düşüb.
May ayında DƏMX 54,467 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib. 52,713 min manat əmək haqqının, 682 manat zərərə görə ödəncin, 1,702 min manat sosial müavinət və kompensasiyaların payına düşüb.
R.Babayev