Azərbaycanlı kinematoqrafçıların animasiya filmi Ukraynada "New Vision" V beynəlxalq qısametrajlı filmlər festivalında təqdim edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Azərbaycan festivalda Azanfilm" kinostudiyasında istehsal olunmuş "Köhnə saat" animasiya filmi ilə təmsil olunub. Filmin rejissoru və ssenari müəllifi Cavid Əhədov, prodüseri Fariz Əhmədovdur.
9 dəqiqəlik ekran əsəri Ukrayna dilində subtitrlərlə orijinalın dilində nümayiş etdirilib və tamaşaçılarda böyük maraq doğurub. Filmə baxışda Azərbaycan səfirliyinin əməkdaşları, diaspor və gənclər təşkilatlarının nümayəndələri də iştirak ediblər.
A.Zeydullayeva