SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Darvin Bankəsi” yatağında əlavə 4 quyunun qazılması üçün 670 saylı Stasionar Dəniz Özülünün yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma işlərini uğurla yerinə yetirib. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
“Layihə neft hasilatının yüksəldilməsi üçün quyu fondunun artırılması məqsədi ilə icra olunub”, - deyə məlumatda bildirilir.
Layihə çərçivəsində trest tərəfindən 4 ədəd quyunun qazılması üçün 4 quyu şaxtası və çirkab sularının yığılması üçün 2 tutum quraşdırılıb, mövcud qülləaltı postamentin hərəkət yolu və boru yığma meydançası uzadılıb. Tikinti-quraşdırma işləri “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən yerinə yetirilib.
“Darvin Bankəsi” yatağı 1950-ci ildən “Abşeronneft” NQÇİ tərəfindən işlənilir. Yatağın qalıq neft ehtiyatları 3 mln. ton təşkil edir.
N.Abbasova