Azərbaycan boksçuları Birinci Avropa Oyunlarında ədaləti bərpa edəcəklər. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Əminəm ki, Bakıda keçirilən yarışlarda idmançılar ədaləti bərpa edəcəklər”, - deyə İ.Əliyev Azərbaycan Boks Federasiyasının inzibati binasının açılış mərasimində bildirib.
Dövlət başçısı xatrıladıb ki, 2012-ci ildə London Olimpiadası zamanı Azərbaycan boksçuları ədalətsiz şəkildə qiymətləndiriliblər.
“Bu gün qadın idmançılarımız da yüksək nəticələr göstərirlər. Avropa çempionunun (London Olimpiadasında Azərbaycanı təmsil edən - İF-Az) döyüşünü izləmişəm. O, qələbə qazandığı halda rəqibini qalib elan etdilər. Bu cür ədalətsizlik oldu. İdmanda bu cür hadisələr olur. Bu səbəbdən əsas odur ki, idmançı ruhdan düşməsin. Tamaşaçılardan heç nə gizlətmək olmaz. Hər şey göz önündədir”, - deyə dövlət başçısı vurğulayıb.
F.İsazadə