Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 8-nə manatın dollara nisbətən rəsmi məzənnəsini iyunun 5-də qeydə alınmış 1,0482 manat/$1 səviyyəsinə qarşı 1,0487manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Bakı Banklararası Valyuta Birjasının saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0477% ucuzlaşıb.
AMB iyunun 8-nə manatın avroya nisbətən rəsmi məzənnəsini iyunun 5-də qeydə alınmış 1,1751 manat/1EUR səviyyəsinə qarşı 1,645 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,9020% möhkəmlənib.
İyunun 8-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyunun 8-də 0,0186 manat/1RUR səviyyəsində saxlayıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov