Nazirlər Kabineti “İri, orta və kiçik sahibkar meyarları”nı təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin qərarında qeyd edilir.
Meyarların təsdiqi 2013-cü ildə qüvvəyə minən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunla əlaqədardır.
Nazirlər Kabinetinin qərarına əsasən, Vergilər Nazirliyinə sahibkarlıq subyektlərinin illik gəliri barədə məlumatı hesabat ili başa çatdıqdan sonra növbəti ilin aprel ayının 20-dən gec olmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi isə həmin subyektlərin işçilərinin orta siyahı sayı barədə məlumatı bu dövrə qədər Dövlət Statistika Komitəsinə təqdim etmək tapşırılıb.
Dövlət Statistika Komitəsinə kiçik, orta və iri sahibkarların bölgüsünü bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti ilin may ayının 10-dan gec olmayaraq elektron qaydada “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etmək tapşırılıb.
A.Axundov