Azərbaycanın Müdafiə Nazirliyi ordunun müharibəyə hazırlığına dair tədbirlər həyata keçirir. Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov bəyan edib.
“Deyə bilərəm ki, bu gün bütün hərbi hissələr və birləşmələr fasiləsiz hazırlıq mərkəzlərində təlimləri davam etdirirlər. Bunun əsas məqsədi Azərbaycan Ordsunun müharibəyə hazır olması, qarşısına qoyulan vəzifələri yüksək səviyyədə icra etməsidir”, - deyə Z.Həsənov ANS telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, ilk növbədə fasizləsiz və səhra şəraitində qərargah və idarəetmə mərkəzlərinin fəaliyyəti təkmilləşdirilir.
“İlk növbədə biz qərargahların, idaraəetmə məntəqələrinin fəaliyyətini gündüz-gecə, səhra şəraitində həyata keçirmə bacarığını təkminləşdiririk. Biz birləşmə və hissələrin gecə və gündüz, səhra şəraitində vəzifələrini yerinə yetirməyi döyüş atışı etməklə yoxlayırıq və təlimləri keçiririk”, - deyə o bildirib.
Azərbaycan xalqının Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, təsnifatlar və hərbi təlimlərin səviyyəsi barədə məlumatlı olmaq hüququn olmasını qeyd edərək, Z.Həsənov vurğulayıb ki, Ali Baş
Komandanın tapşırığı ilə 2015-ci il Silahlı Qüvvələrdə döyüş hazırlığı ili elan
olunub.
“Burada planlı şəkildə mühüm məsələlər həyata keçirilir. Həm struktur, həm kadrlar baxımından tədbirlər həyata keçirilib. Biz bu gün qarşımıza belə bir məqsəd qoymuşuq ki, hər bir hərbi qulluqçu öz yerində, öz vəzifəsini yüksək səviyyədə yerinə yetirmək üçün lazımi biliyə sahib olsun. Ən əsası isə döyüş şəraitinə uyğun vəzifəsini icra etməyi bacarsın”, - deyə o qeyd edib.
Z.Həsənov bildirib ki, bu plan çərçivəsində bir neçə təlim mərkəzi inşa edilib.
“Təlim mərkəzlərinin inşası zamanı bütün struktur nəzərə alınıb. Hər bir hərbi qulluqçu bu təlim mərkəzlərində yüksək səviyyədə öz təcrübəsini artıra bilir”, - deyə müdafiə naziri qeyd edib.
Onun sözlərinə görə, Silahlı Qüvvələrin şəxsi heyəti gündən-günə hərbi hazırlığını təkmilləşdirir.
“Əminəm ki, prezidentin, Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığını yüksək səviyyədə yerinə yetirməyə hazırıq”, - deyə Z.Həsənov vurğulayıb.
F.İsazadə