Azərbaycan prezidentiİlham Əliyev Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı qələbə münasibətilə Ədalət və İnkişaf Partiyasının sədri,baş nazir Əhməd Davudoğlunu təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
"Partiyanızın bu seçkilərdə topladığı səslər Türkiyə cəmiyyəti tərəfindən Ədalət və İnkişaf Partiyasının həyata keçirdiyi siyasətə inam və dəstəyin bariz ifadəsidir. Qardaş Türkiyə xalqının rifahı naminə fəaliyyətinizdə sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm", - deyə İ.Əliyevin təbrik məktubunda deyilir.
F.İsazadə