Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası Azərbaycan hökuməti ilə BVF-nin IV maddəsi üzrə illik məsləhətləşmələrın keçirilməsi üçün 2015-ci ilin dekabr ayının əvvəlində Bakıya səfər edəcək. Bu barədə fondun Azərbaycan üzrə missiyasının rəhbəri Raca əl-Mərzuqi bazar ertəsi mətbuat konfransında bildirib.
Bazar ertəsi R.əl-Mərzuqinin başçılıq etdiyi BVF missiyasının Bakıya səfəri başa çatır.
Səfər çərçivəsində missiya hökumətlə Azərbaycanda makroiqtisadi vəziyyəti, iqtisadi prosesləri və fondun Azərbaycan üzrə mütəxəssislərinin proqnozlarının yenilənməsi məqsədilə onların perspektivlərini müzakirə edib.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. Azərbaycan hökuməti 2006-cı ildən BVF-dən kredit almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində həyata keçirilir.
A.Axundov