Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 78 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (1-7 iyun) baş vermiş bədbəxt hadisələr nəticəsində 11 nəfər həlak olub, 14 nəfər xəsarət alıb (zəhərlənib), həmçinin 4 intihar hadisəsi qeydə alınıb.
Bundan başqa, həftə ərzində 2 nəfər qətldə, 7 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 35 nəfər oğurluqda, 8 nəfər qarətdə, 4 nəfər avtomobil qaçırmaqda, 3 nəfər insan alverində, 6 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 3 fakt qeydə alınıb.
C.Həmidov