Ötən həftə Azərbaycanın avtomobil yollarında qeydə alınan yol-nəqliyyat hadisələri 18 nəfərin həyatına son qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, həftə ərzində ölkədə 29 yol qəzası qeydə alınıb, nəticədə 43 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ən ağır yol qəzası Quba rayonunda baş verib. "Mercedes" markalı avtomobilin aşması nəticəsində iki nəfər həlak olub.
Füzuli rayonunda "BMW" markalı avtomobil yolun kənarında duran 8 nəfəri vururb, onlardan 2 nəfər həlak olub, 6 nəfər xəstəxanaya yerləşdirilib.
C.Həmidov