Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 9-na manatın dollara nisbətən rəsmi məzənnəsini iyunun 8-də qeydə alınmış 1,0487 manat/$1 səviyyəsinə qarşı 1,0476 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,1049% möhkəmlənib.
AMB iyunun 9-na manatın avroya nisbətən rəsmi məzənnəsini iyunun 8-də qeydə alınmış 1,1645 manat/1EUR səviyyəsinə qarşı 1,1858 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 1,8291% ucuzlaşıb.
İyunun 9-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyunun 8-də qeydə alınmış 0,0186 manat/1RUR səviyyəsinə qarşı 0,0187 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 0,5376% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov