Dövlət Avtomobil Nəzarəti Xidməti və Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Şəkidə birgə reydlər keçirib. Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Reydlər səhər saatlarından başlayaraq avtomobillərin sıxlığı ilə seçilən Qoxmuq dairəsi, M.Ə.Rəsulzadə prospekti və mərkəzi bazarın qarşısında keçirilib.
Dövlət avtomobil xidmətinin Şəki regional bölməsindən bildirilib ki,yoxlamalarda məqsəd qanunsuz sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı mübarizə aparmaq olub.
Yoxlamalar nəticəsində lisenziyasız fəaliyyət göstərərək, vergi ödəməkdən yayınan 20-yə yaxın sürücüyə qarşı inzibati qaydada protokol tərtib edilib. Qanunsuz sərnişindaşıma ilə məşğul olan 5 nəfərin avtomobili cərimə meydançasına aparılıb.
İ.Əhmədov