2015-ci ilin may ayında Azərbaycanda yükdaşıma tarifləri aprel ayı ilə müqayisədə 0,1% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilir.
Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,3% ucuzlaşıb. Hesabat ayı ərzində boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,3% bahalaşıb.
Bütövlükdə 2015-ci ilin may ayında sərnişindaşıma tarifləri aprel ayı ilə müqayisədə 0,2% ucuzlaşıb. Hesabat ayında hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,4% bahalaşıb, digər xarici ölkələr üzrə 8,7% ucuzlaşıb.
May ayında dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri aprel ayı ilə müqayisədə 2,7% ucuzlaşıb.
N.Abbasova