SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) qazma idarələri 2015-ci ilin yanvar-may aylarında qazma işlərinin həcmini 2014-cü illin analoji dövrü ilə müqayisədə 29,4% - 43,918 min metrədək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Bununla yanaşı, kəşfiyyat qazma işlərinin payı 1 min metr (azalma 37,4%), istismar qazma işlərinin payı 42,918 min metr (azalma 29,3%) təşkil edib.
Cari ilin may ayında SOCAR-ın qazma işlərinin həcmi 10,775 min metr təşkil edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə SOCAR üzrə qazma işlərinin həcmi 127,346 min metr, o cümlədən istismar qazma işlərinin həcmi 124,718 min metr, kəşfiyyat qazma işlərinin həcmi 2,628 min metr təşkil edib.
N.Abbasova