Bu gün Gəncədə uşaqlar arasında peyvəndlənmənin aparılmasına və ölkədə polimelit xəstəliyi ilə mübarizəyə həsr olunmuş regional elmi konfrans keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Tədbir Ümumdünya Səhiyyə Təşkilatının göstərişinə əsasən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
“Peyvəndlərlə idarə olunan xəstəliklər Azərbaycanda aşağı səviyyəyə endirilib və yox dərəcəsindədir. Vaksinlərin əhəmiyyətini nəzərə alaraq deyə bilərəm ki, peyvəndlərdən imtina da yox həddindədir”, – deyə respublika GEM-nin direktor müavini Afaq Əliyeva qeyd edib.
Konfransda Ümumdünya Səhiyyə Təşkilatının göstərişinə əsasən polimelit xəstəliyinin profilaktikasında bu il yeni dozalı peyvəndlərin tətbiqinə başlanılacaq.
Konfransda Gəncə ilə yanaşı, ətraf 14 şəhər və rayondan olan tibb işçiləri və Gigiyena və Epidemiologiya mərkəzlərinin direktorları iştirak ediblər.
F.Mehdiyev