Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 10-na manatın dollara nisbətən rəsmi məzənnəsini iyunun 9-da qeydə alınmış 1,0476 manat/$1 səviyyəsinə qarşı 1,0478 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Bakı Banklararası Valyuta Birjasının saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0191% ucuzlaşıb.
AMB iyunun 10-na manatın avroya nisbətən rəsmi məzənnəsini iyunun 9-da qeydə alınmış 1,1858 manat/1EUR səviyyəsinə qarşı 1,1820 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,3204% möhkəmlənib.
İyunun 10-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyunun 9-da qeydə alınmış 0,0187 manat/1RUR səviyyəsinə qarşı 0,0189 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 1,0695% ucuzlaşıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov