Astanada keçirilən Dünya və ənənəvi dini liderlərin V Qurultayının iştirakçıları növbəti forumun 2018-ci ildə keçirilməsi barədə qərar qəbul ediblər. Bu barədə “İnterfaks-Qazaxıstan” agentliyinin müxbiri məlumat verir.
Müvafiq qərar Astanada çərşənbə günü dini liderlərin qurultay iştirakçılarının qəbul etdiyi bəyannamədə öz əksini tapıb.
Dünya və ənənəvi dini liderlərin VI Qurultayının harada keçiriləcəyi daha sonra müəyyən ediləcək.