“İslam dövləti” (İŞİD) terror təşkilatının döyüşçüləri İraqda nadir İncil nümunəsini məhv ediblər.
“Onlar Mosulda 90 kiloqram çəkiyə malik qədim İncili yandırıblar. Keşiş terrorçulara kitabı satmağı təklif etsə də, onlar razı olmayıblar”, - deyə bu günlərdə Rusiyada səfərdə olan Suriyanın ali müftisi Əhməd Bədrəddin Həssun “İnterfaks-Din” portalına bildirib.
Müfti vurğulayıb ki, dünyada “dini müharibə” anlayışına yer olmamalıdır.
“Din insanların ürəyini qılıncla deşmir”, - deyə o qeyd edib.
Ə.B.Həssun bütün xoşməramlı insanları bu bəlanın “Suriya sərhədlərini aşıb bütün dünyaya yayılmaması” üzərində işləməyə çağırıb. Bununla yanaşı, o, Suriyanı dini əlamətə görə bölüşdürmək cəhdlərindən narahatlıq ifadə edib.