“LUKOIL-Azerbaijan" QSC xüsusi təyinatlı avtomobillərlə neft məhsullarının daşınmasının təşkili məqsədilə nəqliyyat şirkətinin seçimi üzrə tender elan edib. Bu barədə şirkətin elanında deyilir.
Tender iki mərhələdə keçiriləcək.
Şirkətlərdən tender təklifləri iyulun 10-dək qəbul olunacaq. Tenderin birinci mərhələsi iyulun 14-də keçiriləcək.
Qaliblə müqavilə tender keçirildikdən sonra 30 təqvim günü ərzində bağlanacaq.
Hazırda "LUKOIL-Azerbaijan" QSC-nin Azərbaycanda 30-dan çox yanacaqdoldurma məntəqəsi var. Bundan başqa, şirkət françayzinq şərtləri ilə 20-yə yaxın yanacaqdoldurma məntəqəsinin istismarını həyata keçirir.
N.Abbasova