Azərbaycan alimi Odessa Hüquq Akademiyası Əqli Mülkiyyət İnstitutunun fəxri professoru adına layiq görülüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
AMEA Elmi İnnovasiyalar Mərkəzinin (EİM) tədris-təhsil mərkəzinin direktoru, professor Tərbiz Əliyev Odessa Hüquq Akademiyasının Kiyev şəhərindəki Əqli Mülkiyyət İnstitutunun elmi şurasının qərarı ilə bu elm müəssisəsinin “Fəxri professoru” diplomuna layiq görülüb.
Bununla əlaqədar Kiyevdə ezamiyyətdə olan T.Əliyev Ukrayna Texnologiya Akademiyasının ümumi yığıncağında iştirak edib, akademiyanın həqiqi üzvü seçilib.
A.Zeydullayeva