ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer Kiyevin mərkəzindəki “Azadlıq” meydanına gələrək dövlət çevrilişi zamanı həlak olanların xatirəsini yad edib.
Cümə axşamı ABŞ-ın Kiyevdəki səfiri Cefri Payett “Twitter” sosial şəbəkəsindəki mikrobloqunda yazıb: “Samanta Pauer Ukraynanın gələcəyini seçmək azadlığı uğrunda həlak olanların xatirəsini yad etmək üçün Maydanı ziyarət edib”.
C.Payett səhifəsində fotoşəkil də yerləşdirib. Fotoşəkildə S.Pauer 2014-cü ilin qışında baş vermiş hadisələr zamanıetirazçıların həlak olduğu yerlərdən birində şam yandırır.