ABŞ-da fəaliyyət göstərən “AzəriAmerika” diaspor təşkilatı “Bakı-2015” Birinci Avropa Oyunlarına həsr olunmuş poçt markası hazırlayıb. Bu barədə Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verir.
Markanın üzərində Bakının simvoluna çevrilmiş Alov Qüllələrinin şəkli əks olunub və ingilis dilində “Bakı-2015 1-ci Avropa Oyunları” sözləri yazılıb.
Markanın müəllifi ABŞ-da yaşayan 7 yaşlı Mikayıl Əliyevdir.
R.Babayev