2015-ci ilin yanvar-may aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 723,8 min kvadratmetr təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 16,2% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir.
Cari ilin may ayında Azərbaycanda 134,3 min kvadratmetr mənzil sahəsi istismara verilib.
Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 978,3 min kvadratmetr təşkil edib, bu isə 2013-cü ilin göstəricisindən 7,5% azdır.
A.Əzizov