Şəkidə əhalinin davamlı elektrik enerjisi ilə təminatı məqsədilə tədbirlər görülür. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Hazırdaköhnə, istifadə müddəti keçmiş avadanlıqlar yeniləri ilə əvəz olunur. Şəkiyə 14 yeni transformator gətirilib. Bu transformatorlardan 8-i şəhərdə, 6-sı isə kəndlərdə quraşdırılır. İstifadə müddəti keçmiş transformatorların yenilənməsi ilə enerjiitkisinin qarşısı alınacaq. İndiyədək 4 tranformatorun quraşdırılması başa çatıb.
Şəki rayonu üzrə 2,1 min ədəd elektrik dayağı dəyişdirilib. 47 km ərazidə isə əhalinin öz hesabına çəkdiyi müxtəlif güclü kabel xətləri 0,4 kilovoltluq kabel xətti ilə əvəz olunub.
İ.Əhmədov