2015-ci ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 16 mlrd. 163,1 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 5,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal gəlirlər 4,5% - 1,702 min manatadək artıb.
Yanvar-may aylarında gəlirlərin 73,9%-i son istehlaka, 9,6%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,5%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 14%-i əmanətlərin artırılmasına yönəldilib.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 14 mlrd. 605,1 mln. manat qalır ki, bu da 2014-cü ilin yanvar-may aylarının göstəricisindən 4,4% çoxdur.
A.Axundov