Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov hesab edir ki, Qəbin I Avropa Oyunları ərəfəsində Azərbaycana göstərdiyi təzyiq yarışlar başlayandan sonra unudulacaq.
"Yarışlar başlayan kimi siyasi toqquşmalar və qarışıqlıqlar unudulacaq. Sizdə hər şey əla olacaq", - deyə o, Bakıda Azarkeşlər evində jurnalistlərlə görüş zamanı bildirib. Komitənin prezidenti qeyd edib ki, belə miqyaslı tədbirlərdən əvvəl bir çox strukturlar əsasən siyasi xarakterli bu cür detallara diqqət yetirirlər.
Bununla belə, o, Olimpiya Oyunlarının uğurla keçiriləcəyinə əminlik bildirib.
"I Avropa Oyunları çox yüksək səviyyədə keçəcək. Oyunların gələcək taleyi bu idman tədbirinin necə keçməsindən asılıdır. Düşünürəm ki, tezliklə Rusiya da bu oyunların keçirilməsinə maraq göstərəcək", - A.Jukov vurğulayıb.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə qeyd edib ki, I Avropa Oyunları zamanı Bakıya 34 dövlət başçısı gələcək.