Birinci Avropa Oyunları ilə əlaqədar Azərbaycanda səfərdə olan məşhur sovet xokkeyçisi, çoxqat Avropa və dünya çempionu, 3 dəfə Olimpiya çempionu, Rusiyanın dövlət və siyasi xadimi Vladislav Tretyak cümə günü “İnterfaks-Azərbaycan” agentliyinin qonağı olub.
“İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksandr İvanov və kollektivlə keçirilən görüşdən sonra əfsanəvi qapıçı təəssüratları ilə bölüşüb: “Çox maraqlı görüş oldu. Azərbaycanın tarixi, hazırki həyatı barədə çox şey öyrəndim. Bu gün sizin agentliyin Avropa Oyunları kimi böyük hadisəni işıqlandırması sevindirici haldır, çünki bu, dünya səviyyəli hadisədir. Bəzən “Bu cür tədbirlərin keçirilməsi nəyə lazımdır?” deyə sual olunur. Həmin şəxslər sadəcə anlamırlar ki, Oyunlar bir neçə gün davam edəcək, yollar, idman obyektləri, digər infrastruktur - bütün bunlar isə daha sonra illərlə xalqın rifahına xidmət edəcək. Bir agentlik kimi sizin missiyanız ondan ibarətdir ki, bütün bunları dünya xalqlarına çatdıra bilərsiniz. Xarcidə yaşayan insanların Azərbaycanı nəninki neft və qaz, həm də idman ölkəsi kimi tanımaları çox vacibdir. Gələcəkdə Avropa Oyunları üçün tikilən stadionlarda müxtəlif dünya çempionatları və digər yüksək səviyyəli yarışlar keçirmək mümkün olacaq”.
F.Hüseynzadə