Cümə günü I Avropa Oyunlarında qadıınlar arasındasu polosu yarışlarının ilkin mərhələsi keçirilib.
Bu gün turnirdə favorit hesab edilən 6 yığma komanda daha zəif rəqiblərini məğlub edib.
A qrupunda Hollandiya yığması İsrailin yığma komandasını 29:1, macarlar yunanları 21:4, yunanlar isə Britaniyadan olan rəqiblərini 20:2 hesabı ilə məğlub edbilər.
B qrupunda Rusiya yığması Slovakiya komandasına 13:4, italyanlar fransızlara 22:5 hesabı ilə qalib gəliblər. İspaniya-Serbiya oyunu isə 17:4 hesabı ilə Pireney yarımadasının nümayəndələrinin xeyrinə başa çatıb.
Şənbə günü 4 qrupa bölünən kişilərdən ibarət yığma komandalar mübarizə aparacaqlar: A qrupunda Fransa, İtaliya, Rusiya, Ukrayna; B qrupunda Azərbaycan, Almaniya, Macarıstan, Rumıniya, C qrupunda Xorvatiya, Yunanıstan, Monteneqro, Türkiyə, D qrupunda İspaniya, Malta, Serbiya və Slovakiya təmsil olunurlar.
R.Babayev