Azərbaycan prezidenti İlham Əliyev cümə günü türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüş zamanı onu hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Həmsöhbətlər görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.
İ.Əliyev cümə günü R.Ərdoğanın da iştirak edəcəyi Birinci Avropa Oyunlarının açılış mərasimində Türkiyə idmançılarına uğurlar arzulayıb.
F.Hüseynzadə