Azərbaycanın “Monex” təcili pul köçürmə sistemi Türkiyə, Rusiya, MDB və bir sıra digər ölkələrə pul köçürmələri üzrə “UPT” və “Zolotoya Korona” sistemləri ilə yeni tərəfdaşlıq müqavilələri imzalayıb. Bu barədə “Muğanbank”ın məlumatında bildirilir. Qeyd edək ki, “Monex” “Muganbank”a məxsusdur.
İndi “Monex” təcili pul köçürmə sisteminin müştəriləri “UPT” təcili pul köçürmə sisteminin müştərilərinə, “UPT” təcili pul köçürmə sisteminin müştəriləri isə “Monex” təcili pul köçürmə sisteminin müştərilərinə təcili pul köçürmələri həyata keçirə biləcəklər.
Bundan başqa, “Monex” sisteminin müştəriləri Rusiya, Gürcüstan, Özbəkistan, Tacikistan, Çin, İsrail, Qazaxıstan, Moldova, Ukrayna və digər ölkələr istiqamətində “Zolotaya korona” sisteminin müştərilərinə pul köçürmələri həyata keçirə biləcəklər.
30 minə yaxın təcili pul köçürmə məntəqəsini əhatə edən yeni tərəfdaşlarla əməkdaşlığa başladıqdan sonra “Monex” sisterminin fəaliyyət coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları 4 fiziki şəxsdir.
A.Axundov