Karate üzrə I Avropa Oyunlarının çempionu Firdovsi Fərzəliyev qələbəsi nəticəsində Azərbaycan bayrağının ucaldılmasından və dövlət himnimizin səsləndirilməsindən qürur hissi duyduğunu söyləyib.
“Bizim hamımız üçün doğma divarlar arasında keçirilən bu yarışlarda bayrağımızın ucaldılması və himnimizin səsləndirilməsi böyük əhəmiyyət daşıyırdı. Mən çox şadam ki, buna nail oldum”, - deyə I Avropa Oyunlarının qalibi çərşənbə axşamı keçirilən brifinqdə bildirib.
F.Fərzəliyev idmançılarımızı dəstəklədiklərinə görə azərbaycanlı azarkeşlərə minnətdarlığını bildirib.
“Azərbaycanlı tamaşaçılar bizim hər bir çıxışımızı dəstəkləyirdilər və bu, qələbə üçün bizə əlavə stimul verirdi”, - deyə o bildirib.
İdmançı I Avropa Oyunlarının Bakıda keçirilməsinin vacib əhəmiyyətini qeyd edib və karatenin Avropa Oyunları siyahısına daxil edilməsinə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib.
F.Fərzəliyev qzıl medala gedən yolda keçirdiyi döyüşlərlə bağlı təəssüratları ilə də bölüşüb.
R.Babayev