Bu gün Tbilisidə baş vermiş daşqın nəticəsində həlak olmuş bir qadının cəsədi tapılıb. Qadın Qəhrəmanlar meydanında yerləşən “Matryoşka” restoranının işçisi olub.
Bu, iyunun 14-də Tbilisidə baş vermiş daşqınların qurbanı olmuş 17-ci insandır. İtkin düşən 6 nəfərin axtarışları davam etdirilir.
Bu gün Gürcüstan KİV-ləri yazıb ki, iyunun 14-də baş vermiş daşqınlar nəticəsində “Mziuri” parkında 25-30 yaşlarında qadının cəsədi aşkarlanıb. Son sutka ərzində həmin parkdan 3 nəfərin cəsədi tapılıb.
Hələ ki, rəsmi şəkildə 15 nəfərin cəsədinin tapıldığı və kimliyinin müəyyən edildiyi bildirilir.