Bakıda keçirilən I Avropa Oyunları günlərində Mədəniyyət və Turizm Nazirliyi iyunun 12-dən 28-dək maraqlı konsert proqramları hazırlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, 16 iyun tarixində Beynəlxalq Muğam Mərkəzində Sexteto Mayor qrupunun konserti keçiriləcək, 20 iyun tarixində Heydər Əliyev Sarayında "Kibbutz Contemporary Dance Company” kollektivi "Blackout (Lullaby For Bach)" proqramını təqdim edəcək.
21 iyun tarixində Azərbaycan Dövlət Filarmoniyasında Ondekoza: Japanese Demon Drummers Revives Earth "Put the soul into one strike" (Yaponiya) konserti, 22 iyun tarixində Heydər Əliyev Sarayında Alla Duhova`s TODES Ballet: "ATTENTION" konserti keçiriləcək.
24 iyun tarixində Azərbaycan Dövlət Filarmoniyasında Dirijor - Marçello Rotanın (İtaliya) rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq. İyunun 26-da Heydər Əliyev Sarayında Rhythm of the Dance kollektivi "Back to our Irish Roots" konsert proqramı ilə çıxış edəcək.
A. Zeydullayeva