Azərbaycanın sərbəst güləşçisi Yaşar Əliyev I Avropa Oyunlarının yarımfinal mərhələsində uduzub.
57 kq-a qədər çəki dərəcəsində mübarizə aparan Rusiya nümayəndəsi Viktor Lebedev 3:1 hesabı ilə qalib gələrək finala çıxıb.
Bundan əvvəl həmin çəki kateqoriyasında Belarus və Gürcüstan idmançıları arasında yarımfinal görüşü əlbəyaxa davaya çevrildiyi üçün hakimlər döyüşü dayandıraraq idmançıları arenadan uzaqlaşdırıblar.
F.İsazadə