Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatınınBeynəlxalq Əlaqələr idarəsinin rəis müavini Zərifə Əliyeva Çində keçirilən “İNCONTACT 2020” Əməkdaşlıq Konfransında iştirak edir.
AMEA-nın mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata əsasən, “İNCONTACT 2020” Əməkdaşlıq Konfransı Çin Elm və Texnologiya Nazirliyinin dəstəyi ilə Pekin şəhərində keçirilir.
Bu il tədbir dünya iqtisadiyyatının artımında innovasiyaların və bu məqsədə nail olmaqda innovasiyalar üzrə qlobal səylərin roluna həsr edilib. Tədbir iştirakçıları qlobal artımın potensialı, gələcək əlaqələndirici hərəkətlər üçün biliklərə malik olmaq məqsədilə innovasiyaların tətbiqi kimi mühüm məsələləri müzakirə edirlər. Konfransda innovativ əməkdaşlıq sahəsində təcrübələrini bölüşəcək bütün dünyadan olan mütəxəssislərin məruzələrinin dinlənilməsi gözlənilir.
A.Zeydullayeva