Azərbaycanlı taekvondoçu Ayxan Tağızadə I Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb.
68 kq-a qədər çəki dərəcəsində çıxış edən A.Tağızadə ispaniyalı Joel Qonsalez Bonilyaya 7:5 hesabı ilə qalib gəlib.
Yarımfinalda taekvondoçumuz rusiyalı idmançı Aleksey Denisenko ilə mübarizə aparacaq.
F.İsazadə