Yaxın günlərdə Tovuz və Ağstafa rayonlarında əmək yarmarkaları təşkil olunacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tovuz rayonunda keçiriləcək yarmarkada 218, Ağstafa rayonunda keçiriləcək yarmarkada isə 260 boş iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim olunacaq.
Bu il əmək yarmarkaları mart ayından etibarən Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın 8 rayonunda təşkil edilib. Nəticədə 587 nəfərə boş iş yerlərinə göndəriş verilib ki, onlardan 488 nəfəri (83,1%) göndəriş verilən müəssisələrdə münasib işlə təmin edilib, 22 nəfər peşə hazırlığına, 21 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata alınıb.
R.Babayev