Azərbaycanlı taekvondoçu Milad Beiqi Harçeqani I Avropa Oyunlarının 1/4 finalına vəsiqə qazanıb.
80 kqçəki dərəcəsində çıxış edən M.B.Harçeqani serbiyalı Damir Feyziçə 12:0 hesabı ilə qalib gəlib.
Eyni zamanda, digər taekvondoçumuz Fəridə Əzizova da 1/4 finala çıxıb.
67 kq çəki dərəcəsində çıxış edən F.Əzizova Niderlanddan olan rəqibi Yoyse Van Baarin üzərində qələbə qazanıb. Görüş 2:0 hesabı ilə başa çatıb.
F.İsazadə