I Avropa Oyunlarının qalibi olmuş taekvondoçu Ayxan Tağızadə öz uğurlarını 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında təkrarlayacağına ümid edir.
“Qələbə çox şirin hissdir. Məqsədim bu qələbəni Rio-de-Janeyroda təkrarlamaqdır”,- deyə A.Tağızadə cümə axşamı I Avropa Oyunlarının qaliblərini təbriketmə mərasimində çıxışı zamanı bildirib.
Çempion dövlət başçısına və Taekvondo Federasiyasına idmançılara göstərilən qayğıya görə təşəkkürünü bildirib.
“Mən qoyulan məqsədə çatdığım üçün çox şadam. Şadam ki, məşqlərimin nəticəsini gördüm və Azərbaycan üçün qızıl medallardan birini qazandım”,- deyə A.Tağızadə vurğulayıb.
R.Babayev