Sərbəst güləş üzrə I Avropa Oyunlarının çempionu, London Olimpiadasının qalibi Toğrul Əsgərov ikinci qızıl medal uğrunda mübarizə aparacaq.
“Sözümü tutub, vədimə əməl etdiyimə görə şadam”, - deyə T.Əsgərov cümə axşamı I Avropa Oyunlarının qalibləri və mükafatçılarını təbriketmə mərasimində jurnalistlərə söyləyib.
O etiraf edib ki, turnirdə döyüşlər gərgin keçib.
“Çünki I Avropa Oyunlarına Avropadan ən güclü güləşçilər gəlib. Olimpiya Oyunlarında bir daha qalib gəlmək istərdim”, - deyə T.Əsgərov vurğulayıb.
R.Babayev