2015-ci ilin yanvar-aprel aylarında Azərbaycana ümumi məbləği $95 mln. 293,1 min olan avtobuslar idxal edilib, bu isə 2014-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 12,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 393 ədəd avtobus (artım 2,65 dəfə) idxal olunub.
Bundan başqa, cari ilin yanvar-aprel aylarında Azərbaycana ümumilikdə $8 mln. 920,4 min dəyərində 645 ədəd yük avtomobili idxal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 74,1% azdır.
2015-ci ilin yanvar-aprel aylarında ölkəyə 11,740 min ədəd minik avtomobili idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,9% azdır.
N.Abbasova