Tacikistan ABŞ Konqresinə müraciət edərək mühacirəti məhdudlaşdıran və insan hüquqlarını pozan ölkələrə tətbiq olunan Cekson-Venik düzəlişini ləğv etməyi xahiş edib.
Xahiş iyunun 18-də Tacikistanın xarici işlər naziri Sirociddin Aslovun Vaşinqtonda ABŞ Konqresinin Avropa və Avarasiya ölkələri ilə əməkdaşlıq məsələləri üzrə alt komitəsinin sədri Den Rohrabaherlə görüşü zamanı səsləndirilib.
Görüşdə ikitərəfli əmədaşlığın bir sıra aktual məsələləri, xüsusilə Tacikistana qarşı Cekson-Venik düzəlişinin ləğvi, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub”, - deyə Tacikistan Xarici İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda bildirilir.