Azərbaycana edilən təzyiq və hücumlar Bakının xarici siyasi kursunun düzgün olmasından xəbər verir. Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov belə hesab edir.
“Əgər zəngin və kiçik müsəlman ölkəsisənsə, milli və dövlət maraqlarını qorumaq çox çətin olur. Müstəqil xarici siyasət yürütmək istəyirsənsə, bu, mümkün olmur. Amma hər tərəfdən müxtəlif xarakterli təzyiqlərə və hücumlara məruz qalırsansa, deməli, ölkə düzgün yolla irəliləyir”,- deyə N.Məmmədov özünün “Twitter” səhifəsində yazıb.
Y.Əliyev