Bu gün I Avropa Oyunlarında bədii gimnastika yarışları başa çatıb.
Azərbaycanlı gimnast Marina Durunda və Ayşən Bayramova yarışlarda müvafiq olaraq 8-ci və 15-ci yerləri tutublar.
Yarışların qalibi Rusiya nümayəndəsi Yana Kudryavtseva olub, ikinci yeri rusiyalı Marqarita Mamun, üçüncü yeri belaruslu idmançı Melitina Stanyuta tutub.
M.Durunda çıxışının yekunları üzrə 4 fərdi finaldan üçünə çıxa bilib.
Azərbaycanın akrobatika üzrə qadınlardan ibarət komandası beşinci yeri tutub.
Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynova turnirdə 82,31 bal toplayıblar.
Oyunların çempionları Belçika komandası olub, ikinci yerdə Rusiya, üçüncü yerdə Belarus komandaları qərarlaşıb.
Azərbaycanın Ulyana Dyakova və Anatoli Leonovdan ibarət qarışıq cütlüyü altıncı yerlə kifayətlənməli olub.
Qarışıq cütlüklər arasında birinci yeri Rusiya, ikinci yeri Almaniya, üçüncü yeri Böyük Britaniya komandaları tutub.
R.Babayev