SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağının dayazsulu hissəsindəki yeni quyunu istismara verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
344 nömrəli quyu 11 nömrəli dəniz özülündən qazılıb.
Quyunun sutkalıq debiti 80 ton neft və 17 min kubmetr qaz təşkil edir. Quyunun dərinliyi 3 min metrdən çoxdur.
N.Abbasova